Bank Of Baku

Çikaqo şəhərində Dünya Türk Festivalı keçirilib

Çikaqo şəhərində Dünya Türk Festivalı keçirilib
# 19 avqust 2008 22:26 (UTC +04:00)
Bakı – APA. Avqustun 16-17-də ABŞ-ın Çikaqo şəhərində Dünya Türk Festivalı keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türk xalqlarının mədəniyyətini nümayiş olunduğu festivalı Türk Amerika Cəmiyyəti təşkil edib. Azərbaycan milli rəqslərinin ABŞ-da təbliği ilə məşğul olan Hyuston-Azərbaycan Təşkilatının nəzdindəki rəqs qrupu da ilk dəfə olaraq bu festivala qatılıb. Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Bosniya, Makedoniya və Albaniyadan gələn qrupların öz mədəni irslərini nümayiş etdirdiyi tədbirdə 5 Azərbaycan milli rəqsi təqdim olunub. Tədbir iştirakçılarına həmçinin Azərbaycan haqqında əlavə informasiya və videogörüntülər də göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR