Bank Of Baku

İsraildəki Əbədi Məşəl parkında Azərbaycan bayrağı ucaldılıb

İsraildəki Əbədi Məşəl parkında Azərbaycan bayrağı ucaldılıb
# 22 fevral 2008 10:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. İsrailin Rişon Lezion şəhərində yerləşən Əbədi Məşəl parkında Azərbaycanın dövlət bayrağı ucaldılıb. Bu münasibətlə keçirilən mərasimdə şəhər meri Meir Nitzan, Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. DAK Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsraildə səfərdə olan nümayəndə heyətinin üzvləri orada səmərəli görüşlər keçiriblər. İsrail Azərbaycanlıları Konqresi ilə DAK Azərbaycan Nümayəndəliyi arasında müxtəlif istiqamətlərdə əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR