Bank Of Baku

Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar London Azərbaycan Cəmiyyəti kampaniya keçirib

Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar London Azərbaycan Cəmiyyəti kampaniya keçirib
# 25 fevral 2008 12:21 (UTC +04:00)
Cəmiyyətdən APA-ya daxil olan məlumata görə, kampaniya çərçivəsində Birləşmiş Krallığın xarici işlər naziri Devid Milibanda, Britaniya Parlamentinin İcmalar Palatasının 646 üzvünə, Britaniyadan Avropa Parlamentinə seçilmiş 78 deputata, Avropa Şurası Parlament Assambleyasındakı milli nümayəndə heyətlərinin rəhbərlərinə, “The Washington Post”, “The Independent”, “The Sunday Times”, “The Washington Times”, “The New York Times”, “The Age”, “The Newsweek”, “The Boston Globe” kimi nüfuzlu mətbu orqanlarına, eləcə də BMT-nin İnsan Haqları üzrə Ali Komissarına, ATƏT Parlament Assambleyasının Prezidentinə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə ofisinin rəhbərinə, Amnesty İnternational təşkilatının baş katibinə, “Human Rights Watch”-un İcraçı direktoruna, Bakıda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə müraciət ünvanlanıb, müraciətə Cəmiyyət tərəfindən nəşr edilmiş “Khojaly Tragedy-an International View” (“Xocalı faciəsi-beynəlxalq baxış”) və “International Visions: Armenia-Azerbaijan conflict over Karabakh” (“Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə beynəlxalq baxışlar”) kitabları əlavə edilib.



Müraciətdə London Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov 16 il əvvəl Xocalı şəhərində törədilmiş dəhşətləri bir daha diqqətinə çatdırıb, Xocalı faciəsinin müasir dövrün ən ağır cinayətlərindən biri olduğunu bildirib. Müraciətdə qeyd olunur ki, Xocalıda baş vermiş qanlı hadisələr İnsan Hüquqları haqqında Cenevrə konvensiyalarının müddəalarını kobud şəkildə pozur. Xocalı qətliamı yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin faciəsidir və bu kimi halların beynəlxalq ictimaiyyətin qınaq hədəfinə çevrilməsi gələcəkdə də dünyada münaqişə tərəflərini belə qəddarlıqlardan çəkinməyə və öz hərəkətləri üçün məsuliyyət daşımağa, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə vadar edər. T. Heydərov beynəlxalq ictimaiyyəti Xocalı faciəsini insanlığa qarşı cinayət kimi pisləməyə və işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək üçün Ermənistan dövlətinə təzyiqləri artırmağa çağırıb.
Qeyd edək ki, “Khojaly tragedy - an International View” kitabında dünyanın aparıcı KİV-lərində faciə barədə dərc edilmiş məqalələr, beynəlxalq təşkilatların hesabatları, faciənin şahidi olmuş xarici jurnalistlərin və faciə qurbanlarının təəssüratları, zərərçəkmişlərin tibbi müayinələrinin nəticələri, eləcə də faciə yerindən xarici fotoreportyorların çəkdiyi fotolar toplanıb. “International Visions: Armenia-Azerbaijan conflict over Karabakh” kitabında isə dünyanın tanınmış mütəxəssislərinin Dağlıq Qarabağ münaqişəsi haqqında elmi tədqiqatları yer alır. Kitabları nəşr etməkdə məqsəd beynəlxalq ictimaiyyəti Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında obyektiv və müstəqil mənbələr əsasında məlumatlandırmaq və əsl günahkarın kim olduğunu göstərməkdir. Kampaniya çərçivəsində adı çəkilən kitablar dünyanın 60 kitabxanasına da göndərilib.
Əlavə edək ki, London Azərbaycan Cəmiyyəti Azərbaycanın dünyada tanıdılması məqsədi ilə nəşr olunan ingilisdilli “Visions of Azerbaijan” jurnalının və Qarabağ həqiqətlərindən bəhs edən www.karabakh.co.uk internet portalının təsisçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR