Bank Of Baku

Ermənilərin Azərbaycanda törətdiyi Xocalı soyqırımı sabah Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq

Ermənilərin Azərbaycanda törətdiyi Xocalı soyqırımı sabah Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq
# 25 fevral 2008 16:14 (UTC +04:00)
Bələdiyyə ərazisində yerləşən Xocalı soyqırımı abidəsi qarşısında baş tutan aksiyada hakimiyyətdə olan AKP-nin (Ədalət və İnkişaf Partiyasının) sədr müavini Haluk İpək, Keçiörən bələdiyyə başqanı Turqut Altunuq çıxış ediblər. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva Xocalı soyqırımı, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi digər soyqırımları barədə fikirlərini bildiriblər.
Bu gün Ankarada Türk Standartlaşdırma İnstitutunda Heydər Əliyev Fondunun dəstəyi ilə də tədbir baş tutacaq. Tədbirdə “Xocalı soyqırımı” filmi, faciə, Qarabağ həqiqətləri ilə bağlı fotosərgi nümayiş olunacaq. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri də iştirak edəcəklər.
Qeyd edək ki, bu gün Türkiyənin TRT, “Samanyolu”, “Kanal-7” və “Xəbər-7” kanallarında da Xocalı soyqırımı ilə bağlı verilişlər yayımlanıb. “Star” və “Bu gün” qəzetlərində isə faciənin ildönümündən bəhs edən məqalələr dərc olunub.
Sabah TBMM-də Xocalı faciəsi ilə bağlı müzakirələrin açılacağı gözlənilir. TBMM-in iclasında məclis üzvləri Xocalı faciəsi ilə bağlı çıxış edəcəklər. İclasa Azərbaycanın Türkiyədəki səfiri Z. Həşimov və millət vəkili Q. Paşayeva da qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR