Bank Of Baku

Kaliforniyada Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib FOTOSESSİYA

Kaliforniyada Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib  <font color=#FF0000>FOTOSESSİYA </font>
# 26 fevral 2008 08:27 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, məşhur Amnesty İnternational təşkilatı və San Bernardino Universitetində təhsil alan azərbaycanlı tələbələrin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov Xocalı faciəsini törədənlərin bəşəriyyət qarşısında cavab verəcəklərini vurğulayaraq, bu vəhşiliyin erməni hərbçiləri tərəfindən dinc əhaliyə qarşı törədildiyini bildirib. Baş konsul soyqırımı planlaşdıran və həyata keçirən müharibə cinayətkarlarının bu gün Ermənistanda hakimiyyətə gəlməsinin qorxulu tendensiya olduğunu söyləyib. Amnesty İnternational təşkilatının San Bernardino Universiteti üzrə rəhbəri Alfredo Bonilla dünyada insanların müxtəlif zorakılıqlarla üzləşdiyini qeyd edib. O, buna misal olaraq Xocalıda azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri film vasitəsilə iştirakçılara nümayiş etdirib. Azərbaycanlı tələbə Qalib Rüstəmov tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Tədbirdə Xocalı haqqında çəkilmiş “Məhv edilmiş şəhər” filmi nümayiş olunub.








1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR