Bank Of Baku

Çexiyada Azərbaycanlı tələbələrin ikigünlük Praqa Forumu başlayıb

Çexiyada Azərbaycanlı tələbələrin ikigünlük Praqa Forumu başlayıb
# 27 fevral 2008 09:15 (UTC +04:00)
Tədbirə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da qatılıblar. Forum çərçivəsində bu gün səhər Çexiyada təhsil alan Azərbaycanlı Tələbələr Birliyinin Qurultayı başlayıb. Daha sonra isə Xocalı soyqırımının 16-cı ildönümünü ilə bağlı yürüş keçiriləcək. Bakı vaxtilə saat 16.30-da Çexiya Senatının rəsmi iclas zalında forumun açılışı olacaq. Foruma Azəri-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov sədrlik edəcək. Tədbirdə Çexiya Senatı sədrinin müavini Jiri Lişka və Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə çıxış edəcəklər. Forumda “Çexiyada pulsuz təhsil” layihəsinin və bu mövzuda saytın təqdimatı da olacaq. Fevralın 28-də davam etdiriləcək Forumun ikinci günündə lobbiçilik mövzusunda dəyirmi masa, qonaqların Praqa şəhəri ilə tanışlığı və Xrudim şəhərində Azərbaycan-Ermənistan komandaları arasında futzal yarışı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR