Bank Of Baku

Nazim İbrahimov: “Azərbaycan və türk diaspora təşkilatlarının son dövrlərdə gördüyü işlər erməniləri ciddi şəkildə narahat etməyə başlayıb”

Nazim İbrahimov: “Azərbaycan və türk diaspora təşkilatlarının son dövrlərdə gördüyü işlər erməniləri ciddi şəkildə narahat etməyə başlayıb”
# 29 fevral 2008 10:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Komitə sədri deyib ki, ermənilər Azərbaycan diaspora təşkilatlarının fəallarına qarşı təxribatlardan da çəkinmirlər: “Onu deyə bilərəm ki, ermənilərin bizə qarşı göstərdiyi fəaliyyətlər bizim daha düzgün yolda olduğumuzu göstərir”.
Komitə sədrinin sözlərinə görə, onun birinci müavini Valeh Hacıyev Xocalı soyqırımı ilə bağlı Almaniya telekanallarında çıxış etdikdən sonra ona qarşı müəyyən hərəkətlərə yol verilib. N. İbrahimov hazırda bununla bağlı araşdırma apardıqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR