Bank Of Baku

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bu il bir sıra önəmli tədbirlər keçirəcək

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bu il bir sıra önəmli tədbirlər keçirəcək
# 29 fevral 2008 10:32 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin qarşısında bu il mühüm vəzifələr durur”. APA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında bu gün keçirdiyi mətbuat konfransında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Komitə sədri planlaşdırılan tədbirlər sırasında Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurasının toplantısının, Almaniya Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransının, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə “Qarabağ həqiqətləri və erməni məsələsi” mövzusunda beynəlxalq simpoziumun, Türkiyə-Azərbaycan Dərnəkləri federasiyasının I Qurultayının olduğunu deyib. N. İbrahimov bu il həmçinin Ümumqazaxıstan Azərbaycanlılarının Qurultayının da keçiriləcəyini deyib. Onun sözlərinə görə, 2008-ci ilin planlarına xarici ölkələrdə yaşayan azərbaycanlı jurnalistlərin forumunun, Benilüks Azərbaycan Konqresinin II Qurultayının keçirilməsi, Milli Elmlər Akademiyası ilə birgə “Dünya Azərbaycanlılarının Xartiyası”nın layihəsinin hazırlanması da daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR