Bank Of Baku

İtaliyada “Cənubi Qafqaz bölgəsində həll olunmamış etnik münaqişələr” mövzusunda konfrans keçirilib

İtaliyada “Cənubi Qafqaz bölgəsində həll olunmamış etnik münaqişələr” mövzusunda konfrans keçirilib
# 29 fevral 2008 11:16 (UTC +04:00)
Padova. Məhbubə Qasımbəyli-APA. İtaliyanın Padova şəhərində Padova Universitetinin Siyasi Elmlər Fakültəsi və ali məktəbin İnsan Hüquqları Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz bölgəsində həll olunmamış etnik münaqişələr” mövzusunda konfrans keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, konfransda Cənubi Qafqazdakı üç dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistanın İtaliyada fəaliyyət göstərən QHT nümayəndələrinin iştirakı nəzərdə tutulsa da, erməni təşkilatı tədbirə qatılmaqdan imtina edib. Tədbirə Azərbaycanı təmsil edən “Dostluq” İtaliya Azərbaycan Assosiasiyasının sədri Zaur Fərhadov iştirakçılara 20 Yanvar faciəsi, ermənilərin Azərbaycanda törətdiyi Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verib. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin Xocalıda çəkdiyi video-kadrlar nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR