Bank Of Baku

Gürcüstanda fəaliyyət göstərən Nəriman Nərimanov adına Mədəniyyət Evinin fəaliyyəti dayandırıla bilər

Gürcüstanda fəaliyyət göstərən Nəriman Nərimanov adına Mədəniyyət Evinin fəaliyyəti dayandırıla bilər
# 03 mart 2008 10:04 (UTC +04:00)
Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Nəriman Nərimanov adına şəhər Mədəniyyət Evi fəaliyyətini dayandıra bilər. “Qeyrət” Xalq Hərəkatının rəhbəri Zümrüd Qurbanovun APA-ya verdiyi məlumata görə, mədəniyyət evinin direktoru Bayram Əhmədov bir neçə gün əvvəl dünyasını dəyişdikdən sonra Nəriman Nərimanov adına Mədəniyyət Evinin rəhbəri vəzifəsinin ləğv edilməsi məsələsi qaldırılıb: “Direktorun ölümündən sonra bu vəzifənin ləğv edilməsi məsələsi ortaya atılıb. Rəhbərlik statusunun ləğvi mədəniyyət ocağının bağlanmasına gətirib çıxara bilər”. Onun sözlərinə görə, yaranmış problemin aradan qaldırılması üçün Marneuli rayon İcra Hakimiyyəti ilə danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR