Bank Of Baku

Azərbaycan Amerika Şurası Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozmasını pisləyən bəyanat yayıb

Azərbaycan Amerika Şurası Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozmasını pisləyən bəyanat yayıb
# 05 mart 2008 13:34 (UTC +04:00)
Mənzil qərargahı Kaliforniyada olan Azərbaycan Amerika Şurası Ermənistan hökumətinin prezident seçkilərindən sonra əhalinin diqqətini ölkə daxili vəziyyətdən yayındırmaq üçün cəbhə xəttində təxribata yol verməsini pisləyən bəyanat yayıb. APA-nın ABŞ bürosunun məlumatına görə, bəyanatda deyilir ki, Azərbaycan Amerika Şurası mart ayının 4-dən etibarən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda dislokasiya olunan Ermənistan hərbi birləşmələrin atəşkəsi pozmasından narahatdır. AAŞ cəbhə xəttində baş verən insidentdən cəmi üç gün əvvəl Ermənistan polisinin müxalifətin İrəvanda keçirdiyi dinc yürüşü amansızlıqla dağıtması faktına diqqəti cəlb edib: “Qanlı qarşıdurma zamanı 7 mülki şəxs və bir polis işçisi qətlə yetirilib, müxalifət namizədi Levon Ter-Petrosyan da daxil olmaqla, 30 müxalifətçi həbs olunub. Prezident Koçəryan ölkədə 20 günlük fövqəladə vəziyyət elan edib, müxalifətyönlü “Aravot” nəşrinin internet səhifəsini bağlayıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Amerika azərbaycanlıları hesab edir ki, cəbhə xəttində atəşkəsin pozulması Ermənistan hökumətinin insan və söz azadlığına qarşı apardığı repressiya siyasətindən, hərbi rejimin ölkənin təcrid olunmasına gətirib çıxarmış siyasətdən diqqəti yayındırmaq məqsədi daşıyır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR