Bank Of Baku

Qulamrza Səbri Təbrizi: “DAK sədri vəzifəsindən getmək fikrim yoxdur”

Qulamrza Səbri Təbrizi: “DAK sədri vəzifəsindən getmək fikrim yoxdur”
# 09 mart 2008 10:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Dünya Azərbaycanlıları Konqresinin sədri vəzifəsindən getmək fikrim yoxdur və bir-iki adamın mövqeyi təşkilatın rəhbərini öz vəzifəsindən uzaqlaşdıra bilməz”. Bu sözləri APA-ya açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin sədri Qulamrza Səbri Təbrizi deyib. O bildirib ki, DAK İdarə Heyətinin martın 4-də keçirdiyi toplantının qərarı nizamnaməyə ziddir. Q.S.Təbrizi baş verənləri vəzifə uğrunda gedən mübarizə adlandırıb: “Həmin toplantının keçirilməsindən xəbərim olmayıb. İdarə Heyəti bir neçə özbaşına toplantı keçirib və mənə etimadsızlıq göstərib. Bu nə hüquqi, nə də mənəvi baxımdan düzgün deyil. DAK İdarə Heyətinin üzvləri Eldar Qaradağlı, Adil Minbaşı, Səməd Fərtaş, Məmməd Əlizadə və Cavad Derəxti heç bir halda məni qurumun sədri vəzifəsindən saxta yolla uzaqlaşdıra bilməyəcəklər. Təəssüf ki, Sabir Rüstəmxanlı da bu cərgəyə düşdü. Bu ona yaraşan bir addım deyildi”. Q.S.Təbrizi DAK-ın hüquqi baxımdan sədri olduğunu söyləyib: “DAK-ın iyunun 20-22-də Brüsseldə keçiriləcək qurultayına hazırlıq davam edir. Bu, kimi qane etmirsə, DAK-dan gedə bilər”. Qeyd edək ki, martın 5-də DAK Azərbaycan nümayəndəliyinin mətbuat xidməti martın 4-də Bakı vaxtı ilə saat 22.00-da DAK İdarə Heyətinin 17 üzvündən (Türkiyədə həbs olunan general Vəli Kiçiklə birgə) 11-nin iştirakı ilə poltak vasitəsilə toplantısı keçirildiyi və yığıncaqda təşkilat sədrinə etimad məsələsinin müzakirəyə çıxarıldığı barədə xəbər yayıb. Q.S.Təbrizi 9 səs çoxluğu ilə qurumun rəhbəri vəzifəsindən çıxarılıb və DAK sədri vəzifəsinin icrası Sabir Rüstəmxanlıya tapşırılıb. Məsələ ilə bağlı martın 6-da keçirilən mətbuat konfransında isə S. Rüstəmxanlı qurumu böhrandan qurtarmaq üçün rəhbərliyi öz üzərinə götürdüyünü deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR