Bank Of Baku

Buxarestdə “Azərbaycan-Rumıniya-Türkiyə dostluq gecəsi” keçirilib

Buxarestdə “Azərbaycan-Rumıniya-Türkiyə dostluq gecəsi” keçirilib
# 10 mart 2008 12:07 (UTC +04:00)
Buxarest-Fəxri Kərimli-APA. Rumıniyanın paytaxtı Buxarestdə “Azərbaycan-Rumıniya-Türkiyə dostluq gecəsi” keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya daxil olan məlumata görə, tədbir Rumıniyada yaşayan Azərbaycan icması, Azərbaycanın bu ölkədəki səfirliyi, Rumıniya- Azərbaycan Ticarət Palatası, Rumıniya-Türkiyə Ticarət Palatası tərəfindən təşkil olunub. Tədbirdə Rumıniyanın dövlət və hökumət rəsmiləri, Rumıniya Parlamentinin senator və deputatları, Rumıniya Ticarət və Sənaye Palatasının, Rumıniya Birjasının rəhbərləri, ölkədə akkreditə olunan xarici ölkələrin səfirləri, Azərbaycan, türk, tatar icmalarının nümayəndələri, Rumıniyadakı Azərbaycan əsilli İran vətəndaşları, Buxarest şəhərinin universitetlərində təhsil alan tələbələrimiz iştirak ediblər.
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov çıxış edərək, Azərbaycanla Rumıniya arasında əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. 2007-ci ildə Rumıniya prezidenti Trayan Baseskunun Bakıya, Azərbaycan prezidenti İlham Əliyevin Buxarestə işgüzar səfərlərinin iki ölkə arasındakı dost münasibətlərin daha da dərinləşdirilməsində mühüm rol oynadığını nəzərə çatdıran səfir əlaqələrin inkişafının əyani nümunəsi kimi 2007-ci ildə Rumıniyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Parkın, Heydər Əliyev Fondu-Rumıniya nümayəndəliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin açıldığını vurğulayıb.
Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının sədri Tamer Atalay isə Azərbaycan-Rumıniya-Türkiyə dostluq münasibətlərindən söhbət açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR