Bank Of Baku

Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçiriləcək

Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçiriləcək
# 14 mart 2008 15:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Martın 27-də Almaniyanın paytaxtı Berlin şəhərində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Koordinasiya Şurasının həmsədrləri seçiləcək, diaspora təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr müəyyən ediləcək, tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələr aparılacaq. Toplantıda XÖYAİDK sədri Nazim İbrahimov məruzə ilə çıxış edəcək. Azərbaycan Prezidenti İcra Araratının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun və Türkiyənin dövlət rəsmilərinin iştirakı ilə keçirilən iclasda AMEA prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri Mahmud Kərimov, Milli Məclisinin deputatları Rafael Hüseynov, Nizami Cəfərov və Qənirə Paşayeva, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov, Benelüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Amerika-Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurtan Ural, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri və başqaları diaspora təşkilatlarının qarşılıqlı əlaqələri və perspektivləri barədə fikir mübadiləsi aparacaq. İclasın sonunda yekun sənəd qəbul ediləcək. İclasda 1918-ci martın 31-də azərbaycanlılara qarşı törədilən soyqırımın 90 illiyi ilə əlaqədar olaraq bəyanat qəbul olunması da gözlənilir.
Qeyd edək ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin I Forumunda yaradılıb və qurumun iclasının ildə bir dəfə keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR