Bank Of Baku

Ottava Universitetində “Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan mədəni irs və abidələr” adı altında fotosərgi açılıb

Ottava Universitetində “Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan mədəni irs və abidələr” adı altında fotosərgi açılıb
# 27 mart 2008 10:23 (UTC +04:00)
Ottava. Ülviyyə Əliyeva-APA. Kanadanın Ottava Universitetində “Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan mədəni irs və abidələr” adı altında fotosərgi təşkil olunub. Ottava Azərbaycanlıları İcması tərəfindən təşkil olunan sərgi martın 26-dan aprelin 6-dək davam edəcək. Sərgidə Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan ərazilərində dağıdılmış abidələrin işğaldan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolar nümayiş olunur. Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərginin açılış mərasimində çıxış edən icmanın nümayəndəsi Yaşar Muğan hal-hazırda işğal altında olan Azərbaycan torpaqlarında 738 abidənin, 28 muzey və 14 xatirə kompleksinin ermənilər tərəfindən dağıdıldığını bildirib. Onun sözlərinə görə, sərginin təşkilində məqsəd dünya ictimaiyyətinin diqqətini bu barbarlıq faktlarına cəlb etməkdir. Sərginin açılış mərasiminə Kanadanın nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri, dini icmaların liderləri, azərbaycanlı və türk tələbələr qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR