Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası başa çatıb-YENİLƏNİB
Daha sonra iclasda çıxış edən Prezidentin İcra Araratının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ən vacib məsələ diaspor üzvlərinin yaşadıqları ölkələrdə bütün sahələrdə fəallıq göstərmələridir: “Bununla onlar müsbət mənada ciddi faktora çevrilə bilərlər. Diaspor təşkilatları dövlət tədbirləri də daxil olmaqla bütün ictimai-siyasi, humanitar tədbirlərdə iştirak etməklə özlərini tanıdır və əhəmiyyətlərini artırmış olurlar”.
Toplantıda çıxış edən Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov isə bu iclasın Almaniyada Azərbaycan ilinin açılışı ilə eyni günə düşməsinə diqqət yetirib. Səfirin sözlərinə görə, iki tədbirin eyni vaxta təsadüf etməsi dünyanın müxtəlif ölkələrindən gələn Azərbaycan və türk diasporu üzvlərinə Azərbaycan mədəniyyətinin klassik və zəngin nümunələri ilə tanış olmaq imkanı verir. “Azərbaycan və Türk diaspor təşkilatlarının qarşılıqlı əlaqələrinin inkişafı və perspektivləri” mövzusunda çıxış edən AMEA prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri Mahmud Kərimov bildirib ki, dünyadakı erməni diasporunun apardığı təbliğat, uydurma erməni soyqırımı iddialarının qarşısını almaq və Azərbaycan, eləcə də Türkiyə həqiqətlərini beynəlxalq aləmə yaymaq məqsədilə yeni təbliğat üsullarından istifadə etməyə ehtiyac var. Ortaq türk dilinin yaradılmasını da aktual sayan Mahmud Kərimov deyib ki, bu, inteqrasiya prosesini sürətləndirə və bütün türkdilli dövlətlərin ərazisində yayımlana bilən ümumtürk televiziyasının yaradılmasına zəmin olar. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın çıxışı isə “Ortaq problemlərimizin həllində diasporların rolu”na həsr olunub. O deyib ki, Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin daha səmərəli nəticələr verməsi üçün bütün diaspor üzvləri ortaq problemlərimizi bilməlidir. Millət vəkili ortaq problemlərdən bəhs edən kitab hazırlanmasını, müxtəlif dillərə tərcümə edilərək diaspor təşkilatları arasında yayılmasını təklif edib. Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurtan Ural Amerikadakı Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlıq və işbirliyinin erməni diasporunu təlaşa saldığını bildirib. Bu mövzunu davam etdirən Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri də Azərbaycan və türk diasporunun birgə fəaliyyətinin bugünkü nəticələrindən ermənilərin narahat olmasına dair faktlar səsləndirib. O, ötən il yaradılan “US Azeris Network” şəbəkəsinin əhəmiyyətindən danışıb və bildirib ki, bu şəbəkə vasitəsilə diaspor üzvləri bütün zəruri sənədlərdən, tədbirlərdən dərhal xəbər tutur, eləcə də səslərini Amerika qanunvericilərinə əvvəlkindən daha tez çatdıra bilirlər.
Ortaq türk televiziyasının yaradılması barədə danışan Nizami Cəfərov bunun türk birliyin ideoloji əsaslarının yaradılması üçün vacib olduğunu deyib. Bu televiziyanın türkdilli ölkələrin büdcəsi hesabına maliyyələşdirilməli olduğunu söyləyən millət vəkili TV-nin mərkəzi ofisinin İstanbulda olmasını, ancaq türkdilli ölkələrin hamısında nümayəndəliyinin təşkil edilməsini məqsədə uyğun hesab edib.
Benilüks Azərbaycanlıları Konqresi sədri Sahil Qasımlı isə Niderlandda ikinci Bazar Günü məktəbinin açılmasına, eləcə də Azərbaycan dilində radionun yaradılmasına hazırlıq görüldüyünü, bu radioda ingilis, holland və digər dillərdə də verilişlər yayımlanmasının nəzərdə tutulduğunu bildirib.
İclasın sonunda Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının 9 nəfərdən ibarət idarə heyəti yaradılması qərara alınıb. Eyni zamanda Şuranın katibliyi yaradılacaq və bu struktur Avropa dövlətlərinin birində yerləşəcək.
Toplantının sonunda yekun sənəd olaraq Berlin Bəyannaməsi qəbul olunub. Bəyannamədə qeyd olunur ki, Koordinasiya Şurası Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülmüş Azərbaycan və Türkiyə Parlamentlərarası Assambleyasının yaradılması təşəbbüsü alqışlanıb, türkdilli ölkələrin dövlət başçılarının Zirvə toplantılarının Katibliyinin yaradılması ideyası dəstəklənib və onun həyata keçirilməsi üçün türkdilli ölkələrin hökumətləri müvafiq addımlar atmağa çağırılıb. Sənəddə həmçinin türkdilli xalqların ortaq televiziyasının yaradılması barədə Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının qərarı dəstəklənib. Sənəddə nəzərdə tutulub ki, Azərbaycan və Türkiyə həqiqətlərinin təbliği ilə bağlı Koordinasiya Şurasına üzv təşkilatların təklifləri əsasında müvafiq strategiya müəyyənləşdirilsin, II Foruma qədər “Azərbaycan və Türk diaspor təşkilatlarının Birgə fəaliyyət strategiyası”na uyğun olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı və türk iş adamlarının birgə forumu keçirilsin və Məşvərət Şurasının yaradılması təmin edilsin, Avropanın mərkəzi şəhərlərindən birində Türkdilli xalqların tarixi və mədəniyyətini nümayiş etdirən muzeyin yaradılması barəsində Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında qəbul olunmuş qərarın həyata keçirilməsi istiqamətində Azərbaycan və Türk icmalarının fəaliyyəti səfərbər edilsin, İraq Türkmənlərinin hüquqlarının müdafiəsi, Ahıska türklərinin repatriasiyası sahəsində problemlərin həlli məsələlərinə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb olunması ilə bağlı “Birgə fəaliyyət strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün tədbirlərin həyata keçirilsin.
Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordiyasiya Şurasının iclasında qəbul olunan daha bir sənəd isə 1918-ci martın 31-də Azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar olaraq bəyanatdır. Sənəddə Koordinasiya Şurası bir daha beynəlxalq ictimaiyyətə müraciət edərək, erməni millətçilərinin türk xalqlarına, xüsusilə də azərbaycanlılara qarşı törətdikləri terror və soyqırımı aktlarını pisləməyə çağırır, beynəlxalq təşkilatları, dünya ölkələrini hadisələrə obyektiv qiymət verməyə dəvət edir.
Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordiyasiya Şurasının üzvləri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdulla Gülə müraciət qəbul ediblər.
Daha sonra 2007-cı ilin yekunları üzrə “Qobustan” Beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib. Mükafatlara Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurten Ural, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri, Norveç Türkdilli Ölkələrin Tarixini Araşdırmalar İnstitutunun direktoru Sefa Martin Yürükel layiq görülüblər. Təltif olunan qurumlar arasında Azərbaycanın Almaniyadakı səfirliyi, Hollandiya Türk-Azərbaycan Kültür dərnəyi, Avropa Azərbaycanlıları Konqresi, İraq Türkmən Cəbhəsinin Avropa Birliyi təmsilçiliyi, Ahiska Türk Dərnəkləri Federasiyası və Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi var.
Sonda Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə hazırlanan “Sarı Gəlin” kompakt diskinin təqdimatı olub.
Qeyd edək ki, iclasın sonunda Berlin Bəyannaməsi və 1918-ci martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar bəyanat qəbul olunacaq. Xatırladaq ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin I Forumunda yaradılıb. Azərbaycan və türk icmalarının fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılan Koordinasiya Şurasının 101 üzvü var.
Xəbər Lenti
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO