Bank Of Baku

Kareliyada yaşayan azərbaycanlılar üçün yaddaş kitabçası buraxılacaq

Kareliyada yaşayan azərbaycanlılar üçün yaddaş kitabçası buraxılacaq
# 30 mart 2008 13:26 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Rusiya Federasiyasının Kareliya vilayətində yaşayan azərbaycanlılar və özbəklər üçün yaddaş kitabçası nəşr olunacaq. APA-nın məlumatına görə, bunu Federal Miqrasiya Xidmətinin Kareliya üzrə idarəsinin rəisi Oleq Kolesnikov deyib. O bildirib ki, rəhbərlik etdiyi idarə kitabçaların yayılması ilə də məşğul olacaq. O. Kolesnikov daha əvvəl rus dilində bu cür kitabça buraxıldığını xatırladıb. Kitabçada Kareliyada yaşamaq, işə düzəlmək, sosial və tibbi yardım almağın qayda-qanunlarına dair arayış xarakterli informasiyalar əksini tapıb.
Qeyd edək ki, təkcə bu ilin yanvar ayında 893 Azərbaycan vətəndaşı Kareliyada qeydiyyata düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR