Bank Of Baku

Tümendə Fərman Salmanova həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

Tümendə Fərman Salmanova həsr olunmuş elmi-praktik konfrans keçiriləcək
# 31 mart 2008 09:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Aprelin 2-3-də Tümendə “Salmanovskiye çteniya” adlı gənc mütəxəssislərin ikinci elmi-praktiki konfransı keçiriləcək. APA-nın məlumatına görə, tədbirdə Rusiya prezidentinin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Viktor Basargin, Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Nikolay Laverov, Neft v və Qaz Problemləri İnstitutunun direktoru Anatoli Dmitriyevski, Tümen ali təhsil ocaqlarının rektorları, vilayətin elm müəssisələrinin baş direktorları iştirak edəcəklər. Konfransa 60-dan çox alimin qatılacağı gözlənilir. Onların əksəriyyəti elmi məruzə ilə çıxış edəcək. Bu konfrans görkəmli geoloq, Tümenin neft sənayesində böyük işlər görmüş həmyerlimiz Fərman Salmanova həsr olunduğu üçün “Salmanovskiye çteniya” adlandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR