Bank Of Baku

Dünyanın bir çox ölkəsində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil olunub

Dünyanın bir çox ölkəsində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil olunub
# 31 mart 2008 15:03 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Dünyanın bir çox ölkəsində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilir. APA-nın məlumatına görə, martın 30-da Kanada parlamentinin qarşısında aksiya və yürüş tədbir təşkil olunub. Bu gün soyqırımı ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir keçirilib. Səfirlikdən APA-ya bildirilib ki, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov azərbaycanlıların soyqırımının tarixi barədə danışıb. Səfir Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş hadisələr, Ermənistanın işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycanın digər rayonlarının işğalı haqda konkret faktları diqqətə çatdırıb. Sonra soyqırımına aid foto-şəkillər nümayiş etdirilib. Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hazırlanmış məlumatlar Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib. Bu məlumatlar Rumıniyanın KİV-də işıqlandırılıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə sənədli film göstərilib, fotosərgi təşkil olunub, iştirakçılara bu barədə kitab və DVD-lər paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR