Bank Of Baku

ABŞ-da yaşayan soydaşlarımız Azərbaycan və Türkiyə üzrə işçi qrupuna daxil olan konqresmenlərə maddi yardım göstərəcəklər

ABŞ-da yaşayan soydaşlarımız Azərbaycan və Türkiyə üzrə işçi qrupuna daxil olan konqresmenlərə maddi yardım göstərəcəklər
# 02 aprel 2008 09:12 (UTC +04:00)
Azərbaycan Amerika Cəmiyyətinin prezidenti Tomris Azərinin APA-ya verdiyi məlumata görə, artıq 20 azərbaycanlı ailə bu konqresmenlərə maddi yardım göstərəcəyini bəyan edib. Qeyd edək ki, ABŞ Konqresinin Azərbaycan və Türkiyə üzrə işçi qrupuna daxil olan konqresmenlərə maddi yardım göstərilməsi təşəbbüsü ilə Amerikada yaşayan azərbaycanlı Naimi Əmirəliyevin ailəsi çıxış edib. Naimi Əmirəliyev hər iki işçi qrupunda təmsil olunan 22 konqresmenin hər birinə il ərzində 100 dollar yardım göstərməyə boyun olub. O, qruplara daxil olan hər bir yeni konqresmenə də 100 dollar maddi yardım göstərəcəyini bildirib.
Qeyd edək ki, ABŞ-ın mövcud qanunvericiliyinə görə, ölkə vətəndaşları və “Green Card” sahibləri hər bir konqresmenə ildə 2300 dollara qədər maddi yardım göstərə bilərlər. Aprel ayında Amerikada yaşayan azərbaycanlılar Nyu-York ştatından Konqresə seçilən Ed Tovns və Virciniyadan olan konqresmen Telma Drakın xeyrinə ianə toplama kampaniyasına start verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR