Bank Of Baku

Amerikadakı Azərbaycan diaspor təşkilatları sabah “Türk Network” layihəsinin təqdimatını keçirəcək

Amerikadakı Azərbaycan diaspor təşkilatları sabah “Türk Network” layihəsinin təqdimatını keçirəcək
# 11 aprel 2008 13:51 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Aprelin 12-də ABŞ-da “Türk Network” şəbəkəsinin təqdimatı keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihəni Amerika Türk Dərnəkləri Federasiyası və Amerika Azərbaycan Cəmiyyəti birgə həyata keçirir. Şəbəkənin yaradılmasında məqsəd Azərbaycan və Türk diaspor təşkilatları arasındakı əməkdaşlığı daha da təkmilləşdirmək və Amerika ilə Türk dünyası arasında əlaqələri inkişaf etdirməkdir. Bundan başqa, “Türk Network” layihəsi ABŞ-dakı prezident seçkisi ərəfəsində bu ölkədəki türkləri siyasi cəhətdən fəallaşdırmağa da xidmət göstərəcək. Qeyd edək ki, bir neçə ay əvvəl “US Azeri”™s Network” adlı şəbəkə yaradan Azərbaycan diaspor təşkilatları da “Türk Network” layihəsində fəal iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR