Bank Of Baku

Azərbaycan ziyalıları Dünya Azərbaycanlıları Konqresinə müraciət edib

Azərbaycan ziyalıları Dünya Azərbaycanlıları Konqresinə müraciət edib
# 12 aprel 2008 08:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın 50-dən artıq ziyalısı Dünya Azərbaycanlıları Konqresinə (DAK) müraciət edib. DAK-dan APA-ya daxil olan müraciətdə ziyalılar DAK-ın İdarə Heyətinin üzvləri arasında yaranmış fikir ayrılıqlarından narahatlığını ifadə ediblər: “ Milli hərəkatın indiki mərhələsində təşkilatın bütövlüyü naminə bütün şəÑ…si maraqların, qarşılıqlı ittihamların kənara qoyulmasına, yalnız ictimai mənafеlərdən çıÑ…ış еdilməsinə еhtiyac var”. Müraciət müəllifləri ikiyə parçalanmış Azərbaycanın bütövlüyü uğrunda mübarizə haqqına sahib olmaq və bu yolda uğur qazanmaq üçün ilk növbədə təşkilatın bütövlüyünü qorumağın zəruri olduğunu qeyd ediblər: “Milli təşkilatların birliyinə ehtiyacın son dərəcə artdığı bir dövrdə növbəti parçalanmalara şərait yaradılmasının tarix bizə heç zaman bağışlamayacaq. İnanırıq ki, sizin hər biriniz böhranın aradan qaldırılmasında, iyun ayının 20-dən 22-dək Brüsseldə keçiriləcək Ð¥ növbədənkənar Qurultaya birlikdə gеdilməsində əlinizdən gələni əsirgəməyəcəksiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR