Bank Of Baku

Mahaçqalada Mircəlal Paşayevin 100 illik yubileyi qeyd olunacaq

Mahaçqalada Mircəlal Paşayevin 100 illik yubileyi qeyd olunacaq
# 13 aprel 2008 10:04 (UTC +04:00)
Bakı.Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Dağıstanın paytaxtı Mahaçqalada yazıçı Mircəlal Paşayevin anadan olmasının 100 illiyi münasibəti ilə yubiley mərasimi keçiriləcək. DAK Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə razılıq nümayəndəliyin sədri İsmayıl Ağayev ilə Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Dağıstan Nümayəndəliyinin sədr müavini Əjdər Əsgər arasında aprelin 12-də keçirilən görüşdə əldə edilib. Görüşdə Ə. Əsgər Mahaçqalada Heydər Əliyev və Əziz Əliyev məktəblərinin açılmasının əhəmiyyətini vurğulayıb. O, bu məsələdə dəstək göstərilməsi üçün Azərbaycan Prezidentinin İcra Aparatına, Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edildiyini söyləyib. Ə. Əsgər azərbaycanlı uşaqların ana dilində təhsil almaları üçün Mahaçqalada “Bazar günü” məktəbinin açılması istiqamətində işlər aparıldığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR