Bank Of Baku

Rusiyada nəşr olunan “Azerbaydjanskiy Konqres” qəzetinin 5 illiyi münasibətilə mətbuat konfransı keçirilib

Rusiyada nəşr olunan “Azerbaydjanskiy Konqres” qəzetinin 5 illiyi münasibətilə mətbuat konfransı keçirilib
# 14 aprel 2008 13:59 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva APA. Bu gün Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Əfrand Daşdəmirov və Azərbaycanın Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Rusiyada nəşr olunan “Azerbaydjanskiy Konqres” qəzetinin 5 illiyi münasibətilə mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, qəzetin baş redaktoru Əfrand Daşdəmirov bildirib ki, 5 il öncə nəşrə başlayan qəzet hazırda qonşu ölkədə həftədə 4 dəfə cıxan yeganə diaspora qəzetidir. Qəzetdə əsasən Rusiyadakı Azərbaycan diasporasının fəaliyyətindən, onların problemlərindən, Rusiya-Azərbaycan münasibətlərindən və Azərbaycanda baş verən prosesslərdən bəhs edilir. Ə. Daşdəmirov deyib ki, qəzet rus dilində buraxıldığı üçün onu azərbaycanlılarla yanaşı, Rusiya ictimaiyyətinin nümayəndələri də oxuyur: “Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycandan gələn mətbuatı və ya krossvord qəzetlərini almağa üstünlük verirlər”. Baş redaktor yaxın vaxtlarda Azərbaycan dilində də qəzet çap etməyi planlaşdırdıqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR