Bank Of Baku

ABŞ-dakı Azərbaycan diaspora təşkilatlarının rəhbərləri Kolumbiya Universitetində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı təqdimat keçiriblər

ABŞ-dakı Azərbaycan diaspora təşkilatlarının rəhbərləri Kolumbiya Universitetində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı təqdimat keçiriblər
# 15 aprel 2008 08:28 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Azərbaycan Amerika Şurasının sədri Cavid Hüseynov, Amerika Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Adil Bağırov, Azərbaycan Diplomatik Akademiyasının nümayəndələri Fariz İsmayılzadə, Taleh Ziyadov və digər diaspora fəalları Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı təqdimat keçiriblər. Onlar toplantının Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hissəsində regionda ermənilərlə azərbaycanlılar arasında qarşıdurmanın Rusiya İmperiyasının ərazini ələ keçirməsindən sonra başladığını bildiriblər. Erməni alimləri isə Ermənistan siyasi elitasının Rusiyadan çox asılı olduğunu və güzəştə gedən istənilən qüvvənin siyasi səhnədən uzaqlaşdırıldığını söyləyiblər. Türkiyədə yaşayan milli azlıqların vəziyyəti ilə bağlı dinləmələr isə kəskin bəyanatlarla yadda qalıb. Erməni alimi Alla Mirzoyan Ankaranın Azərbaycana dəstək verməsini səhv adlandıraraq Ermənistanla Türkiyə arasındakı sərhədlərin açılmasının vacibliyini vurğulayıb. A. Mirzoyan uydurma “erməni soyqırımı”nın tanınması istiqamətində erməni diasporasının apardığı mübarizənin Türkiyənin ərazi bütövlüyünə qarşı yönəlmədiyini deyib. Buna cavab olaraq Azərbaycan Amerika Şurasının sədri Cavid Hüseynov ermənilərin Dağlıq Qarabağı işğal edərək Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri kobud surətdə pozduğunu bəyan edib. Onun qondarma “erməni soyqırımı” bəhanəsindən istifadə edərək Türkiyəyə qarşı da eyni addımın atılmasının niyə mümkünsüz olduğu barədə sualına erməni alimi cavab verə bilməyib. Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov isə Türkiyədə erməni jurnalisti Qrant Dinkin dəfn mərasiminə 100 min insanın qatıldığını misal göstərərək hər hansı erməninin qətlə yetirilmiş türkün və azərbaycanlının dəfn mərasiminə qatılmasının mümkünsüz olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR