Bank Of Baku

“Azərbaycan diasporasının inkişafında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan diasporasının inkişafında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib
# 16 aprel 2008 13:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ümumdünya Azərbaycan Gənclər Konqresi (ÜAGK) “Azərbaycan diasporasının inkişafında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, ÜAGK-nın sədri Rəşad Xasayoğlu bildirib ki, dünyada yaşayan azərbaycanlı gənclərin təşkilatlanması üçün vahid quruma ehtiyac var. Onun sözlərinə görə, üç ay öncə təsis olunan ÜAGK dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri bir təşkilatda birləşdirməyə çalışacaq. Milli Məclisin üzvü Sabir Rüstəmxanlı gənclərin diasporanın inkişafında rolunun böyük olduğunu söyləyib. O, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri Qarabağ məsələsi və İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələlərdə aktiv olmağa çağırıb. Politoloq Vəfa Quluzadə isə Azərbaycanın qarşılaşdığı problemlərlə bağlı gənclərin az məlumatlı olduğunu bildirib. O, dünyada ermənilərə xüsusi dəstək verildiyini deyib: “ABŞ-da yerləşən Erməni Milli Assambleyasının binası ilə ABŞ Konqresinin binası bitişikdir. Rusiyada ermənilər mühüm dövlət vəzifələrinə irəli çəkilir, Fransada isə hökumətdə və parlamentdə təmsil olunurlar. Bu gün Azərbaycan diasporasının əsas vəzifəsi Azərbaycan torpaqlarının işğal olunması faktının dünyaya qəbul etdirilməsi istiqamətində dövlətlə paralel fəaliyyət göstərməkdir”. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Gülər Əhmədova, Milli QHT Forumunun Diaspora Mərkəzinin sədri Rauf Zeyni və digərləri diaspora işlərində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR