Bank Of Baku

Nazir müavini: “Ermənilərin Azərbaycana qarşı apardıqları lobbiçilik siyasətinə qarşı biz də bu istiqamətdəki səylərimizi artırmalıyıq”

Nazir müavini: “Ermənilərin Azərbaycana qarşı apardıqları lobbiçilik siyasətinə qarşı biz də bu istiqamətdəki səylərimizi artırmalıyıq”
# 19 aprel 2008 18:16 (UTC +04:00)
Bakı. Turan Hüseynova-APA. “Ermənilərin Azərbaycana qarşı apardıqları lobbiçilik siyasətinə qarşı biz də bu istiqamətdəki səylərimizi artırmalıyıq”. APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Onun sözlərinə görə, Azərbaycan son bir neçə ildə həm ABŞ-da, həm də Avropa ölkələrində kifayət qədər səsini ucaldıb. Nazir müavini qeyd edib ki, Azərbaycanın maraqlarını və haqq səsini dəstəkləyən təşkilatlar, qurumlar var: “Bunlar sırf azərbaycanlılardan təşkil olunmuş qurumlar deyil. Bizim haqq səsimizi eşidənlər arasında digər insan hüquqlarını dəstəkləyən təşkilatlar, beynəlxalq sistemdə ədalətin bərpasına çalışan qurumlar, ayrı -ayrı siyasi xadimlər, professional hüquqşunaslar da var. Bu insanlar Azərbaycanın haqlı olduğunu tanıyıb, qəbul edib, Azərbaycanı dəstəkləyirlər”. A. Əzaimov qeyd edib ki, Azərbaycan XİN-lə yanaşı, bu qurumun ayrılmaz hissəsi olan səfirliklər, baş konsulluqlar da bu istiqamətdəki fəaliyyətlərini davam etdirməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR