Bank Of Baku

Bakıda II Güney Azərbaycan Forumu keçiriləcək

Bakıda II Güney Azərbaycan Forumu keçiriləcək
# 23 aprel 2008 11:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Mayın 1-də Bakıda Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə II Güney Azərbaycan Forumu keçiriləcək. DAK-dan APA-ya verilən məlumata görə, forumda “Müstəqillik və bütövlük uğrunda mübarizə: Azərbaycanın quzeyində və güneyində” çıxışlar olacaq. Tədbirdə 2006-cı ilin mayında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrə diqqət yönəldiləcək, o cümlədən İranın azərbaycanlılarla bağlı siyasətinin dəyişdirilməsi tələb ediləcək. Forumda Avropadan və dünyanın bir çox ölkəsindən diaspora təşkilatlarının, Azərbaycanda fəaliyyət göstərən türkdilli dövlətlərin səfirliklərinin nümayəndələri də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR