Bank Of Baku

Oksfordda “Azeri News” bülleteni və Azərbaycanlı Gənclər Klubunun yerli təmsilçiliyinin birgə təqdimatı keçirilib

Oksfordda “Azeri News” bülleteni və Azərbaycanlı Gənclər Klubunun yerli təmsilçiliyinin birgə təqdimatı keçirilib
# 24 aprel 2008 09:11 (UTC +04:00)
London APA. İngiltərənin Oksford şəhərində yeni nəşrə başlayan “Azeri News” bülleteninin və mərkəzi Londonda yerləşən Azərbaycanlı Gənclər Klubunun Oksofrd təmsilçiliyinin birgə təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə Oksfordda yaşayan və təhsil alan bir qrup azərbaycanlı gənc iştirak edib. Təqdimatda AGK-nin Oksford üzrə təmsilçisi, Oksford Azərbaycan Cəmiyyətinin sədri Eldar Rüstəmov çıxış edərək bildirib ki, Böyük Britaniyada yaşayan azərbaycanlı gənclərin fəallığının artırılması, bir sıra konkret layihələrin həyata keçirilməsi və Böyük Britaniyanın digər şəhərlərində yaşayan azərbaycanlı gənclərin diaspora fəaliyyətlərində yaxından iştirakını təmin etmək məqsədilə London Azərbaycan Evində xüsusi tədbirin keçirilməsi planlaşdırılır. Bundan başqa, İngiltərə kitabxanalarında Azərbaycan haqqında nəşrlərin yerləşdirilməsini nəzərdə tutan ”Hərəyə bir kitab” kampaniyasının dünya miqyaslı universitet mərkəzi olan Oksford şəhərində də sistemli həyata keçirilməsi, eləcə də http://www.oxaz.co.uk/ internet səhifəsinin imkanlarından daha geniş istifadə olunması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR