Bank Of Baku

Almaniyanın Offenbax mərkəzi kitabxanasında Azərbaycan kitabları bölməsi açılıb

Almaniyanın Offenbax mərkəzi kitabxanasında Azərbaycan kitabları bölməsi açılıb
# 24 aprel 2008 13:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində Frankfurt - Azərbaycan Cəmiyyətinin və Almaniyanın Offenbax şəhər meriyasının təşəbbüsü ilə Offenbax mərkəzi kitabxanasında Azərbaycan kitabları bölməsi açılıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Almaniyadakı səfirliyinin yardımı ilə açılan bölməyə Azərbaycan, türk, alman, ingilis və rus dillərində çap olunmuş Azərbaycanın qədim tarixini, mədəniyyətini və bugünkü iqtisadi, siyasi, mədəni həyatını əks etdirən 500-dək kitab hədiyyə edilib. Tədbirə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Offenbax şəhərinin meri Horst Şnaider, Türkiyənin Frankfurtdakı konsulluğunun əməkdaşları və digər qonaqlar qatılıblar. Səfir bildirib ki, kitab bölməsinin açılması Almaniya ilə Azərbaycan arasında münasibətlərin inkişafına xidmət edəcək. Horst Şnayder isə bu tədbiri rəhbərlik etdiyi şəhərin mədəni həyatında böyük hadisə adlandırıb və qeyd edib ki, müxtəlif xalqların nümayəndələrinin yaşadığı Offenbax şəhərinin sakinləri mərkəzi kitabxanaya hədiyyə edilmiş bu kitablar vasitəsi ilə Azərbaycanı daha yaxşı tanıya, bu ölkənin keçmişi və indiki siyasi, iqtisadi və mədəni həyati ilə daha yaxından tanış ola biləcəklər. Tədbirdə “Azərbaycan” filmi nümayiş olunub, alman müğənni Silke Hartstang pianoçu Elnarə İsmayılovanın müşayiəti ilə Azərbaycan mahnılarını ifa edib, Almaniyada yaşayan rəssam Əşrəf Heybətovun əsərlərindən ibarət “Rənglərin dünyası” adlı sərgi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR