Bank Of Baku

Londonda Azərbaycan məktəbi açılıb

Londonda Azərbaycan məktəbi açılıb
# 28 aprel 2008 08:03 (UTC +04:00)
London. Məhbubə Qasımbəyli - APA. Londonda Britaniya Güney Azərbaycanlılar Təşkilatı və Caspian-Khazri Məktəbinin birgə layihəsi olan ikinci Azərbaycan məktəbinin açılışı keçirilib. APA-nın məlumatına görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxışında məktəbin açılmasını yüksək qiymətləndirib. Tədbirdə çıxış edən Caspian-Khazri Məktəbinin rəhbəri Simuzər Baloğlanova, Britaniya Güney Azərbaycanlılar Təşkilatının nümayəndəsi Ələddin Fəthrazi məktəb haqqında məlumat veriblər. “Hammersmith Management Collage”də yerləşən və bazar günləri fəaliyyət göstərəcək məktəbdə Azərbaycan dili, ədəbiyyatı, tarixi və digər fənlər tədris olunacaq, Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dil kursları təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR