Bank Of Baku

Bakının Suraxanı rayonu və Tallinin Kristiina rayonunun qardaşlaşması haqqında müqavilə imzalanıb

Bakının Suraxanı rayonu və Tallinin Kristiina rayonunun qardaşlaşması  haqqında müqavilə imzalanıb
# 28 aprel 2008 12:48 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bakının Suraxanı rayonu və Tallinin Kristiina rayonunun qardaşlaşması haqqında müqavilə imzalanıb. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Sənədi Tallində Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovla Kristiina rayonunun başçısı Mihail Korb imzalayıblar. Bu münasibətlə Lovenruh parkındakı Qubernator bağında dostluq ağacı əkilib. Bundan başqa Estoniyanın Lasnamaye rayonunda fəaliyyət göstərən “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Fidan” Azərbaycan uşaq bağçasına görkəmli oftalmoloq, tibb elmlər doktoru, akademik Zərifə Əliyevanın adı verilib və akademik Z. Əliyevanın 85 illiyi münasibətilə Suraxanı rayonu adından bu bağçaya hədiyyə olunan büstün açılışı olub. Tədbirdə Estoniyanın vitse-spikeri xanım Kristina Oyuland, Estoniya parlamentin üzvü Eldar Əfəndiyev, Türkiyənin Estoniyadakı səfirinin xanım Fatma Şülə Soysal, Kristiina rayonunun başçısı Mihail Korb, Lasnamaye rayon başçısı Andrey Novikov və Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov iştirak ediblər. Qeyd edək ki, bir il əvvəl açılan “Fidan” uşaq bağçası uğurlu fəaliyyət göstərdiyinə görə bağçaya əlavə torpaq sahəsi verilib. Suraxanı rayon icra hakimiyyəti isə həmin bağçanı himayəyə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR