Bank Of Baku

Yekaterinburqda azərbaycanlı gənclər klubu yaradılıb

Yekaterinburqda azərbaycanlı gənclər klubu yaradılıb
# 13 may 2008 07:49 (UTC +04:00)
Yekaterinburq - APA. Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı gənclər klubu yaradılıb. APA-nın məlumatına görə, klubun fəaliyyətə başlaması Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin Heydər Əliyevin 85 illik yubileyi münasibətilə keçirdiyi tədbirdə elan olunub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva yeni yaradılan təşkilata təbrik məktubu ünvanlayıb, onlara fəaliyyətində uğurlar arzulayıb. Klub əsasən Yekaterinburqda təhsil alan azərbaycan gəncləri öz sıralarında birləşdirir. Təşkilatın sədri Vüsal Vəliyevin sözlərinə görə, klub əsas diqqəti Azərbaycan həqiqətlərinin tanıdılmasına, azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasının sürətləndirilməsinə yönəldəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR