Bank Of Baku

Kaliforniyanın Berkli Universitetində “Birlik” jurnalinın nəşrinə başlanıb

Kaliforniyanın Berkli Universitetində “Birlik” jurnalinın nəşrinə başlanıb
# 15 may 2008 08:07 (UTC +04:00)
Kaliforniya. Hüsniyyə Həsənova APA. ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetinin Türk Tələbələr Assosiasiyası Azərbaycan Amerika Şurası, Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Mərkəzi və Türk-Amerika Biznes Əlaqələri təşkilatının dəstəyi ilə “Birlik” adlı jurnalın ilk sayını nəşr etdirib. APA-nın ABŞ bürosunun xəbərinə görə, hər semestr dərc olunacaq “Birlik” ştatda yaşayan insanlara türkdilli xalqların tarixi, mədəniyyəti, coğrafiyası, siyasi və iqtisadi həyatı barədə məlumatlar çatdıracaq. Jurnalın ilk sayında ayrı-ayrı müəlliflərin Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkmənistan haqqında məqalələri yer alıb. İranın Azərbaycan icması haqqında da xüsusi məqalə hazırlanıb.
Qeyd edək ki, “Birlik” dərgisinin ilk nüsxələri mayın 12-də Azərbaycan Amerika Şurası üzvlərinin Kaliforniya ştatının Konqresinə səfəri zamanı yerli millət vəkillərə təqdim olunub. Jurnalın nüsxələrinin türk dövlətlərinin BMT-dəki nümayəndəliklərinə təqdim edilməsi də planlaşdırılıb. Yaxın zamanlarda nəşrin internet versiyası da hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR