Bank Of Baku

Güney Azərbaycan Fondu yaradılıb

Güney Azərbaycan Fondu yaradılıb
# 20 may 2008 09:33 (UTC +04:00)
Güney Azərbaycan Fondu yaradılıb

Bakı. Ramil Məmmədli APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin tərkibində Güney Azərbaycan Fondu yaradılıb. DAK Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fond İranda yaşayan azərbaycanlıların qarşılaşdıqları milli-mədəni, təhsil və insan hüquqları ilə bağlı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verəcək. Qurum həmçinin dünya azərbaycanlılarının bir araya gəlməsini əngəlləyən problemlərin həllinə, bu sahədə beynəlxalq dəstəyə nail olunması üçün aparılacaq işlərə müxtəlif şəkildə yardım etməyə çalışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR