Bank Of Baku

Azərbaycan diaspor təşkilatları Respublika Günü münasibətilə tədbirlər keçirəcək

Azərbaycan diaspor təşkilatları Respublika Günü münasibətilə tədbirlər keçirəcək
# 22 may 2008 15:41 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatların 28 May - Respublika Gününün, Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirməsi nəzərdə tutulub. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün ABŞ-ın Los-Anceles şəhərində “Amerikalı Azərbaycanlıları Şurası” və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu, Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi” də Azərbaycan Demokratik Respublikasının 90 illiyini qeyd edir. Mayın 23-də Fransanın Strasburq şəhərindəki “Azərbaycan Evi” və Romada fəaliyyət göstərən “Nizami” Cəmiyyəti Respublika Günü münasibətilə tədbir keçirəcək. Praqada Azər-Çex Cəmiyyəti, Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresi, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti Respublika gününü qeyd edəcək. Moldova Azərbaycanlıları Konqresi, Rumıniyada fəaliyyət göstərən Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycanın Rumıniyadakı səfirliyi bu ölkədəki soydaşlarımızı və digər xalqların nümayəndələrini Buxarestdəki Diplomatik Klubda keçiriləcək bayram tədbirinə toplayacaq. Tallində fəaliyyət göstərən Aydan-Eston Mədəniyyət Mərkəzi keçirəcəyi tədbirdə “Heydər Əliyev və Azərbaycan diasporu” və “Azərbaycan Demokratik Respublikası” mövzularında sərgilər təşkil olunacaq. Vilnüsdəki Litva Azərbaycanlıları Cəmiyyəti Azərbaycanın Litvadakı səfirliyi ilə birlikdə Respublika Günü münasibətilə konfrans, Riqa Filarmoniyasında isə “Ocaq” Cəmiyyəti Azərbaycanın Latviyadakı səfirliyi ilə birgə bayram konserti təşkil edəcək. Mayın 24-də İsveçrənin iki şəhərində bayram konserti və konfrans keçiriləcək. Fransanın Tuluza şəhərindəki Azərbaycanlı Tələbələr Assosiasiyası, Parisdəki ”Azərbaycan-Fransız Gənclər Assosiasiyası” və “Təhsil və Tədqiqatların İnkişafı Üzrə Fransa-Azərbaycan Tələbə Assosiasiyası”, Metsdəki Fransada Azərbaycanlıların Diaspor Mərkəzi, Muluzdakı Azərbaycan Fransa Mədəniyyət Assosiasiyası müxtəlif tədbirlər təşkil edəcəklər. Böyük Britaniyada Caspian Xəzri, Barselonada “Dostluq” İspaniya-Azərbaycan Assosiasiyası, İtaliyanın Padova şəhərində İtaliya-Azərbaycan “Dostluq” Assosiasiyası, Berlində Azİs-Almaniya Beynəlxalq Assosiasiyası, İsveçdə Xəzər-Azərbaycan Dostluq Cəmiyyəti, Kopenhagendə isə Danimarka-Azərbaycan Cəmiyyəti konfranslar və görüşlər təşkil edəcək. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası, “Kanada Azərbaycan Alyansı”, “Kanada Azərbaycan Assosiasiyalar Assambleyası”, Kvebek Azərbaycanlıları Assosiasiyası,“Hyuston Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti, Misirdəki Vətən Tələbə Cəmiyyəti, Avstraliyanın Sidney şəhərindəki Azərbaycanlılar Cəmiyyəti, Yeni Zelandiyanın Okland şəhərindəki “Azəri” Yeni Zellandiya - Azərbaycan Dostluq Cəmiyyəti və “Azərbaycan-Yeni Zellandiya Dostluq Cəmiyyəti” tədbirlər keçirəcək. Bundan başqa, “Gürcüstan Azərbaycanlıları Konqresi” və Azərbaycanın Gürcüstandakı səfirliyi, Özbəkistanda fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası”, Astanada “Xəzər” İctimai Birliyi və Azərbaycanın Qazaxıstandakı səfirliyi, Petropavlovksdakı “Azərbaycan Mədəniyyət Mərkəzi”, Aktauda isə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə “Turan” konqresi tədbirlər təşkil edəcək. Ümumrusiya Azərbaycan Konqresinin bütün regional təşkilatları, eləcə də Azərbaycan Milli Mədəni Muxtariyyəti Respublika Günü münasibətilə tədbirlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR