Bank Of Baku

Arnold Şvartsenegger Amerikada yaşayan azərbaycanlıları Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə təbrik edib - FOTOSESSİYA

Arnold Şvartsenegger Amerikada yaşayan azərbaycanlıları Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə təbrik edib - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 27 may 2008 08:01 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, yüzə yaxın azərbaycanlının toplaşdığı mərasimi giriş sözü ilə Amerika Azərbaycan Şurasının vitse-prezidenti Samir Lütvəliyev açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolundan və ikinci demokratik respublikanın bərqərar olunmasında vacib missiyasından söhbət açıb. Samir Lütvəliyev müsəlman dünyasının ilk demokratik dövlətinə Türkiyənin göstərdiyi mənəvi və hərbi yardımın əhəmiyyətindən də danışıb. Azərbaycanın Los-Anceles şəhərindəki konsulluğun vitse-konsulu Elşən Baloğlanov 2 il ömür sürmüş respublikanın apardığı siyasi və iqtisadi islahatlar, xarici diplomatiyasından bəhs edib. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin 18 dövlət tərəfindən tanındığını və Azərbaycanın Paris sülh konfransında rəsmi nümayəndə heyəti ilə iştirakından qeyd edib. Daha sonra vitse-konsul Kaliforniya ştatının qubernatoru Arnold Şvartseneggerin 28 May - Respublika Günü münasibəti ilə yolladığı təbrik məktubunu oxuyub. Berkliy Universitetinin Türk Tələbələri Assosiasiyasının sədri Ulduz Berenjfonuş AXC-nin Cənubi Azərbaycanda başlayan milli oyanışa verdiyi tövhədən söhbət açıb. Xanım Berenjfonuş Pişəvərinin rəhbərliyi altında qurulan 21 Azər hökumətinin azərbaycanlıların tarixində oynadığı roldan bəhs edib. Tədbirdə çıxış edən məşhur cərrah Şaphur Ansari isə Cənubi Azərbaycanda keçirdiyi günləri xatırlayıb. Onun sözlərinə görə, İran hökümətinin bütün məhdudiyətlərinə baxmayaraq, azərbaycanlılar öz dilinə, tarixinə və milli mənsubiyyət anlayışına sadiq qalmaqda davam edirlər. Tədbirin sonunda maestro Çingiz Sadıxov, xalq artisti Namiq Sultanov, skripka ustası Melissa Bitman, musiqiçi Cavad İsmayılbəyli və rəqqasə Qızılgül Əliməmmədova milli musiqi və rəqslərimizi ifa ediblər.








1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR