Bank Of Baku

İsveçin Linçöping şəhər bələdiyyəsi Azərbaycan dilini rəsmi qeydiyyata alıb

İsveçin Linçöping şəhər bələdiyyəsi Azərbaycan dilini rəsmi qeydiyyata alıb
# 29 may 2008 10:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İsveçin Linçöping şəhər bələdiyyəsi tərəfindən Azərbaycan dili rəsmi qeydiyyata alınıb. İsveçdə fəaliyyət göstərən “Babək Linçöping” Azərbaycan Dərnəyindən APA-ya verilən məlumata görə, bu qərar bələdiyyə ərazisində Azərbaycan dilində fəaliyyət göstərən məktəbin açılmasına, bu şəhərdəki təhsil müəssisələrində Azərbaycan dilində tədrisə imkan yaradacaq. Qeyd edək ki, Azərbaycan dilinin rəsmi qeydiyyata alınmasının təşəbbüskarı “Babək Linçöping” Azərbaycan Dərnəyidir. 1992-ci ildə yaradılan qurumun sədri Aslan Arabloudur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR