Bank Of Baku

Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib

Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib
# 29 may 2008 13:28 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Estoniyanın Tallin şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90, Heydər Əliyevin 85, Estoniya Respublikasının 90 və “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin 20 illik yubileylərinə həsr edilən konfrans keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirə qatılan 150-dək qonaq arasında Estoniyanın sabiq prezidenti Arnold Ruutel, Estoniya parlamentinin üzvü Andres Herkel, vitse-spiker Yuri Ratas, Estoniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev, Türkiyə, Gürcüstan və Böyük Britaniyanın Estoniyadakı səfirləri də olub. Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə və professor Musa Qasımov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məruzələrlə çıxış ediblər. Konfransdan sonra ADR-in 90 illiyinə, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR