Bank Of Baku

Amerika Azərbaycan Şurasının fəalları konqresmen Bred Şermanın şərəfinə təşkil olunan naharda iştirak ediblər

Amerika Azərbaycan Şurasının fəalları konqresmen Bred Şermanın şərəfinə təşkil olunan naharda iştirak ediblər
# 30 may 2008 07:10 (UTC +04:00)
Kaliforniya. Hüsniyyə Həsənova-APA. Kaliforniyanın 27-ci seçki dairəsindən Konqresə seçilən Bred Şermanın şərəfinə təşkil olunan nahara Amerika Azərbaycan Şurasının icraçı direktoru Cavid Hüseynov və fəallardan Aydan Mirzə də qatılıblar. APA-nın ABŞ bürosunun məlumatına görə, Nümayəndələr Palatasının üzvü ilə görüşündə Cavid Hüseynov cənab Şermana ötən gün 90 illik yubileyini qeyd etmiş müsəlman dünyanın ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verib. Azərbaycanda çox əsirlik tarixi olan yəhudi icmasının mövcudluğu və ümumiyyətlə Azərbaycanın bu gün İsraillə sıx əməkdaşlıq etməsi də diqqət mərkəzində olub. Cavid Hüseynov qeyd edib ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycanla bağlı ictimai qurumlar da yerli yəhudi icmaları ilə yaxından əməkdaşlıq edirlər. Tərəflər bildiriblər ki, ABŞ üçün strateji əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün əldə edilməsi hər iki ölkənin marağındadır. Yalnız dialoq vasitəsi ilə ermənilər və azərbaycanlılar müharibənin acı fəlakətlərini aradan qaldıra, əməkdaşlıq sayəsində Qafqazın təhlükəsizliyini təmin edə bilərlər. Qeyd edək ki, Konqresmen Bred Şerman Nümayəndələr Palatasının Maliyyə Xidmətlər və Hüquq Komitəsinin üzvü, Xarici Əlaqələr Komitəsinin səlahiyyətli üzvü və Terrorizm, Nüvə Silahının Yayılmaması və Ticarət Alt Komitəsinin sədridir. Konqresmen Şermanla görüş Barri və Maykl Qrobstenin dəstəyi və dəvəti sayəsində baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR