Bank Of Baku

Ukrayna parlamentinin üzvü Oleq Babayev: “Damarlarında azərbaycanlı qanı axan şəxs kimi Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı siyasətini dəstəkləyirəm”

Ukrayna parlamentinin üzvü Oleq Babayev: “Damarlarında azərbaycanlı qanı axan şəxs kimi Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı siyasətini dəstəkləyirəm”
# 02 iyun 2008 08:22 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Ukrayna Ali Radasının üzvü, milliyyətcə azərbaycanlı olan Oleq Babayev verib. O, Azərbaycanla Ukrayna arasında normal ikitərəfli münasibətlərin mövcud olduğunu xatırladıb: “Mən isə damarlarında azərbaycanlı qanı axan bir şəxs kimi hər iki ölkənin bu istiqamətdəki xarici siyasət kursunu aktiv şəkildə dəstəkləyirəm. Həmçinin ümidvaram ki, yaxın zamanlarda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi daha da artacaq”. Eyni zamanda Ukrayna çempionatında çıxış edən “Vorskla” klubunun prezidenti olan Oleq Babayev Azərbaycan futbolunun inkişafı perspektivlərinə də münasibət bildirib: “Bu gün idmanın, xüsusilə də futbol sektorunun uğurlu inkişafının əsas faktorlarından biri bu sahənin lazımi səviyyədə maliyyələşdirilməsidir. Bundan başqa, futbol klublarının gələcəkdə daha normal fəaliyyət göstərməsi üçün əsas diqqəti orta məktəblərdə futbolun təbliğinə ayırmaq lazımdır”.
Qeyd edək ki, Oleq Babayev 1965-ci ildə Rusiyanın Kursk şəhərində anadan olub. Atası azərbaycanlı, anası rusdur. Orta məktəbi bitirdikdən sonra Minsk Ali Hərbi-Siyasi Ümumqoşun Məktəbinə daxil olub. 11 il Uzaq Şərqdə, Çexoslovakiya və Kiyevdə hərbi qulluqda olub. Ordudan tərxis olunduqdan sonra 9 il Kremençuk ət kombinatının direktoru vəzifəsində çalışıb. 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin maliyyə bölümünü bitirib. Hazırda “Yuliya Timoşenko Bloku”nun üzvü kimi Ali Radada təmsil olunur. Ukrayna parlamentinin ekoloji siyasət, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması komitəsinin üzvüdür. Oleq Babayev həmçinin “Vorskla” futbol klubunun prezidenti, cüdo üzrə idman ustasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR