“Marneuli” radiosu fəaliyyətini iki həftəyə bərpa edəcək

“Marneuli” radiosu fəaliyyətini iki həftəyə bərpa edəcək
# 02 iyun 2008 12:17 (UTC +04:00)
Tiflis. Turan Hüseynova-APA. Azərbaycanların Gürcüstanda kompakt yaşadığı ərazilərdə yayımlanan “Marneuli” radiosunun fəaliyyəti iki həftə sonra bərpa ediləcək. Bu barədə APA-ya “Marneuli” radiosunun texniki direktoru Emin Əhmədov məlumat verib. Onun sözlərinə görə, radionun öz tezliyi olmadığına görə səsucaldanla efirə çıxır. Şəhərin mərkəzi bağında quraşdırılan səsucaldanla yayımlanan radio gündə iki saat efirə çıxır və burada Azərbaycan, rus və gürcü dillərində xəbərlər yayımlanır. Hal-hazırda texniki problemlər səbəbilə radio yalnız internet vasitəsilə yayımlanır. Emin Əhmədov radioya xüsusi tezlik verilməsi ilə bağlı bürokratik əngəllərin olduğunu deyib. “Radiomuza lisenziya verməkdən imtina etmirlər, yalnız , müəyyən bürokratik əngəllər var. Layihənin rəhbərləri hazırda danışıqları davam etdirirlər. Bu proses həmçinin Avropa Şurasının nəzarəti altındadır”. Qeyd edək ki “Marneuli” radiosu, iki il bundan əvvəl BBC və “Studio Re”nin birgə layihəsi əsasında yaranıb. İcma layihəsi olması səbəbilə radio yalnız azərbaycanlıların kompakt yaşadığı yerlərdə - Marneuli rayon mərkəzi və 7 km ətrafda yerləşən kəndlərə yayımlanır. Radioda 7 nəfər çalışır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR