Bank Of Baku

Londonda Azərbaycana həsr olunmuş sərgi keçirilib

Londonda Azərbaycana həsr olunmuş sərgi keçirilib
# 05 iyun 2008 07:15 (UTC +04:00)
London. Məhbubə Qasımbəyli - APA. London SOAS Universitetində Azərbaycanla bağlı sərgi keçirilib. APA-nın məlumatına görə, Odlar Yurdu Cəmiyyətinin “Pro Art” təşkilatı ilə birgə təşkil etdiyi sərgi Azərbaycan Demokratik Respublikasının (ADR) 90 illiyinə həsr olunub. Sərgidə Azərbaycan tarixinin müxtəlif mərhələlərini əks etdirən lövhələrlə yanası, yeni çapdan çıxmış “Azerbaijan. Past, Present, Future” adlı kitabça da nümayiş etdirilib.
Sərgidə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu kimi tədbirlərin əhəmiyyətini qeyd edib, ADR-in Azərbaycan tarixində tutduğu yerdən danışıb. Tədbirdə müxtəlif təşkilatların təmsilçiləri ilə yanası, universitetdə təhsil alan tələbələr də iştirak edib.
Qeyd edək ki, Azərbaycanla bağlı informasiyaların yer lövhələr bir ay müddətində universitetdə saxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR