Bank Of Baku

DAK-ın Daimi Şurası Brüsseldə fəaliyyət göstərəcək

DAK-ın Daimi Şurası Brüsseldə fəaliyyət göstərəcək
# 11 iyun 2008 12:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) iyunun 6-8-də Almaniyanın Köln şəhərində baş tutmuş növbədənkənar X qurultayının nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, DAK həmsədri Sabir Rüstəmxanlı bildirib ki, qurultayda 25 ölkədən 148 təşkilat üzvü və 200-ə yaxın qonaq iştirak edib. Qurultayın DAK daxilində ziddiyyətlərə son qoyacağına inanan S. Rüstəmxanlı deyib ki, toplantıda Azərbaycanı narahat edən bir sıra məsələlər, o cümlədən İranda yaşayan azərbaycanlıların vəziyyəti müzakirə olunub. Qurultayda 17 nəfərdən ibarət İdarə Heyəti, 50 nəfərin təmsil olunduğu Məşvərət Məclisi və Daimi Şura formalaşdırılıb. İdarə Heyətinin iclasında S. Rüstəmxanlı və Firudin Pərvizniya qurumun həmsədrləri, Abuzər Bağırov və Səməd Fərtaş həmsədrlərin müavinləri, Əjdər Tağızadə Daimi Şuranın sədri, Əlyar Səfərli isə Məşvərət Məclisinin sədri seçilib. Daimi Şura Belçikanın paytaxtı və Avropa Birliyinin mərkəzi Brüsseldə fəaliyyət göstərəcək. Məşvərət Məclisinin sədri Əlyar Səfərli bildirib ki, Azərbaycanın diaspora təşkilatlarının fəaliyyətini əlaqələndirmək, İrandakı azərbaycanlıların hüquqlarının qorunması istiqamətində ciddi addımlar atmaq üçün xüsusi konsepsiya hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR