Bank Of Baku

Sabir Rüstəmxanlı: “Dünya Azərbaycanlıları Konqresinin adından danışan istənilən qrup barəsində beynəlxalq səviyyədə tədbir görüləcək”

Sabir Rüstəmxanlı: “Dünya Azərbaycanlıları Konqresinin adından danışan istənilən qrup barəsində beynəlxalq səviyyədə tədbir görüləcək”
# 11 iyun 2008 13:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Dünya Azərbaycanlıları Konqresinin adından danışan istənilən qrup barəsində beynəlxalq səviyyədə tədbir görüləcək və onların fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək”. Bunu APA-ya açıqlamasında DAK həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Kölndə keçirilmiş X qurultayın sənədləri qeydiyyata alınmaq üçün İsveçin vergi üzrə dövlət qurumuna təqdim ediləcək. S. Rüstəmxanlı özünü DAK kimi təqdim edən qruplarla bağlı beynəlxalq məhkəmə instansiyalarına müraciət ediləcəyini də söyləyib: “Beynəlxalq nişanların qeydiyyatı barədə Madrid Konvensiyasına əsasən ictimai təşkilatın adından qanunsuz olaraq fəaliyyət göstərmək qadağandır. Biz də bu konvensiya əsasında DAK adından istifadə edən istənilən şəxslə bağlı müvafiq instansiyalara şikayət edəcəyik. Demokratik Dünya Azərbaycanlıları Konqresi və Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrupların artıq DAK-a heç bir aidiyyəti yoxdur. Bizim hər təşkilatdan uzaqlaşan şəxslərlə birlik qurultayı keçirməyə vaxtımız yoxdur. Bu, həm də gülünc məsələdir”. S. Rüstəmxanlı özü və yaxınları haqqında internetdə gedən təhqiramiz fikirlərə də münasibət bildirib: “Qurultay ərəfəsində bir qrup şəxs məqsədli şəkildə mətbuat orqanlarına təhqiramiz elektron məktublar göndərib. Bu məktublarda mənim şəxsiyyətim təhqir olunub. Bu işi görənlərin kimliyi haqda məlumatım var. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR