Bank Of Baku

Gürcüstanda “APA-nın Kitabxanası” seriyasından çap olunan “Azərbaycan ədəbiyyatı antologiyası - Borçalı” kitabının təqdimatı keçirilib

Gürcüstanda “APA-nın Kitabxanası” seriyasından çap olunan “Azərbaycan ədəbiyyatı antologiyası - Borçalı” kitabının təqdimatı keçirilib
# 13 iyun 2008 13:00 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, səfirliyin gömrük məsələləri üzrə attaşesi Niyazi Zamanov, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov iştirak ediblər. Müasir texniki avadanlıqlarla təchiz olunmuş mərkəzdə gürcü dilinin öyrədilməsi də nəzərdə tutulub. Bu gün sözügedən kənddə yeni məscid də istifadəyə verilib. Daha sonra Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzində 15 iyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Tədbir çərçivəsində “APA-nın Kitabxanası” seriyasından çap olunan “Azərbaycan ədəbiyyatı antologiyası - Borçalı” kitabının birinci cildinin təqdimatı olub. Mərkəzin rəhbəri Fazil Həsənov 15 iyun - Milli Qurtuluş Günün tarixindən danışıb. Rəhbərlik etdiyi mərkəzinin fəaliyyətindən bəhs edən F. Həsənov kitabın nəşrində göstərdiyi köməkliyə görə APA İnformasiya Agentliyinə təşəkkürünü bildirib. O, kitabı yüksək qiymətləndirib, nəşrdə Borçalıdan olan ziyalıların əksəriyyətinin əsərlərinin çap olunduğunu diqqətə çatdırıb. F. Həsənov kitabın 2-ci, 3-cü cildlərinin çap olunmasını, nəşrin gürcü dilinə tərcümə edilməsini arzulayıb. Tədbirdə çıxış edən Milli Məclisin Azərbaycan-Gürcüstan Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva Qurtuluş Gününün əhəmiyyətindən danışıb, Heydər Əliyevin Azərbaycana qayıtmasından sonra ölkədəki baş verən iqtisadi inkişafdan, həyata keçirilən islahatlardan söhbət açıb. O, prezident İlham Əliyevin Heydər Əliyevin yolunu davam etdirdiyini bildirib. Gürcüstan azərbaycanlılarının problemlərinin daim diqqətdə saxlanıldığını deyən deputat bu sahədə Heydər Əliyev Fondunun böyük xidmətlərinin olduğunu bildirib. Azərbaycan Gürcüstandakı səfiri Namiq Əliyev çıxışında kompüter və ingilis dili mərkəzinin istifadə verilməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, yaxın günlərdə Dmanisi rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tədris mərkəzi açılacaq. Səfir belə mərkəzlərin Borçalının digər rayonlarında da açılmasının nəzərdə tutulduğunu qeyd edib. “Azərbaycan ədəbiyyatı antologiyası - Borçalı” kitabının çapı üçün APA-ya təşəkkürünü bildirən səfir nəşri Gürcüstan azərbaycanlıları üçün əvəzsiz xidmət adlandırıb. Tədbirdə çıxış edən APA-nın baş direktoru Vüsalə Mahirqızı kitabın davamlı nəşrinin təşkil olunacağını deyib. O, bundan başqa kitabın gürcü dilində nəşrinin planlaşdırıldığını diqqətə çatdırıb: “Çalışacağıq ki, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin internet səhifəsinin yaradılmasına yardım edək. Kitabda daha çox Borçalı regionunun folkloruna yer ayrılıb. Bir millətin folklorunun mövcudluğu həm də o deməkdir ki, bu millətin qədim tarixi var”. Gürcüstan Azərbaycanlılarının Yazıçılar Birliyinin sədri Osman Əhmədoğlu çıxışında kitabı yüksək qiymətləndirib. Kitabı Azərbaycan dilindən gürcü dilinə tərcümə edən Giya Patxataşvili bunu təmənnasız etdiyini deyib. Daha sonra Borçalı ziyalıları Əli Abbas, Nizami Məmmədzadə, Rayidə Mətin, Əli Yüzbaşov, Ziyadxan Əhmədli, Əlixan Yəhyaoğlu çıxış edərək kitabın nəşrinə görə, APA İnformasiya Agentliyinə təşəkkürlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR