Ötən il Rusiya-Azərbaycan sərhədini pozmaqla, “cihad” pərdəsi altında Suriyaya döyüşməyə getmək istəyən dörd Rusiya vətəndaşı tutulub - VİDEO

Ötən il Rusiya-Azərbaycan sərhədini pozmaqla, “cihad” pərdəsi altında Suriyaya döyüşməyə getmək istəyən dörd Rusiya vətəndaşı tutulub - <span style="color: red;">VİDEO
# 05 mart 2014 08:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda xüsusi xidmət orqanları tərəfindən 2013-cü il ərzində dövlət sərhədinin mühafizəsi nəticəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı və 4 nəfər xarici ölkə vətəndaşı barədə müvafiq tədbirlər görülüb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, sərhədlərin mühafizəsi sayəsində terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 47 şəxs müəyyənləşdirilib, onlardan 11 nəfərinin həlak olması barədə məlumat əldə edilib, 7 nəfəri isə saxlanılıb.

Rusiya-Azərbaycan dövlət sərhədini pozmaqla, “cihad” pərdəsi altında Suriyaya döyüşməyə getmək istəyən 4 Rusiya vətəndaşı tutulub, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 cinayətkar dəstə zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR