Bakıdan Həştərxana bərə reysi açıla bilər

Bakıdan Həştərxana bərə reysi açıla bilər
# 11 mart 2014 12:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıdan Rusiyanın Həştərxan şəhərinə Xəzər dənizi vasitəsi ilə bərə reysi açıla bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov bildirib.

Onun sözlərinə görə, Administrasiya bununla bağlı hesablama aparıb: «Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində ikitərəfli memorandumda bu məsələ öz əksini tapıb. Hazırda yeni tikilən Həştərxan limanına Bakı limanından avtomobillər daşıyan gəmilərin istismarı nəzərdə tutulub. Bu istiqamətdə işlər gedir».

Q.Qurbanov bildirib ki, məlum və qeyri-məlum səbəblərə görə bu məsələlər öz həllini tapmır: «Lakin düşünürük ki, qarşıdan gələn mövsümdə Rusiya tərəfindən «Bəstəkar Raxmaninov», Azərbaycan tərəfindən isə «Bəstəkar Qara Qarayev» gəmilərinin hərəkəti məsələsinə baxılacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR