Azərbaycan prezidenti Respublika Əlillərin Bərpa Mərkəzinin açılışında iştirak edib - VİDEO

Azərbaycan prezidenti Respublika Əlillərin Bərpa Mərkəzinin açılışında iştirak edib - <span style="color: red;">VİDEO
# 21 sentyabr 2015 08:34 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevə mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, il ərzində ambulator, gündüz stasionarı və stasionar şəraitdə əlillərin reabilitasiyası və müalicəsi ilə məşğul olan mərkəz müasir tibbi avadanlıqla təchiz edilib. Binanın həyətində geniş yaşıllaşdırma işləri görülüb, xəstələrin təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.

Mərkəzlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR