"Azərbaycanda yas mərasimlərini qanunla tənzimləmək mümkün deyil. Elə qanun layihələri var ki, həmin layihələr bizim cəmiyyətdə qəbulolunmazdır". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA TV-yə açıqlamasında deyib. Dəfn xərclərinin dövlətin müvafiq qurumları və yaxud bələdiyyələr tərəfindən çəkilməsi məsələsinə gəlincə, millət vəkili hesab edir ki, bu şəriət qanunlarına əsaslanmalıdır.
"Şəriət qanunlarında insanın doğmalarının və əzizlərinin dəfn xərcinin digərləri tərəfindən ödənilməsi yoxdur. Ölü şəriət qanunları ilə dəfn edilir. Bütün hallarda dinimizdə israfçılıq qəbul olunmazdır. Əslində isə hüzr mərasimi keçirilərkən ölü sahibləri, yerli icra nümayəndələri və mollar arasında ümumi razılıq olmalıdır ki, normal tənzimlənmə olsun".
“Qəbiristanlıqlar və ölü basdırma haqqında” qanun layihəsinin qəbulunun mümkünlüyünü deyən Hadı Rəcəbli vurğulayıb ki, həmin qanunda qəbir yerlərinin ayrılması və digər məsələlər öz əksini tapa bilər.
"Qəbiristanlıqların hansı quruma təhkim olunması aydınlaşmalıdır. Məsələn, bu ərazilərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, bələdiyyələrə və yaxud da icra hakimiyyətlərinə aidiyyəti müəyyənləşməlidir. Məhz bundan sonra baş daşlarının forması, qəbir yerlərinin görünüşü ilə bağlı yekdil qərar ola, bununla bağlı direktiv sənəd hazırlana bilər. Bu, dünya təcrübəsində də mövcuddur".
Komitə sədri mərasimlərlə bağlı məsələlərin MM gündəliyində olduğunu deyib.
Hadı Rəcəbli: “Azərbaycanda yas mərasimlərini qanunla tənzimləmək mümkün deyil” - VİDEO
16 sentyabr 2014 15:21 (UTC +04:00)
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024